YAP Nəsimi rayon təşkilatının üzvü: "Ölkəmizdə ordu quruculuğuna mühüm əhəmiyyət verilir"

YAP Nəsimi rayon təşkilatının üzvü:

Aygül Orucova,

YAP Nəsimi rayon təşkilatının üzvü

***

Bildiyimiz kimi ,Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Silahlı Qüvvələrimizdə hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutmuş, dünyada orduların reytinqlərini tərtib edən qurumların təsdiq etdiyi kimi Ordumuz 50 ən güclü ordu sırasındadır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkələrdən biridir.

2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10.000 ha-dan çox ərazimizi işğalçılardan azad etdik və bir sıra yüksəkliklərə nəzarəti ələ aldıq.

Qeyd olunan uğurlarımız deməyə əsas verir ki, güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. İqtisadi gücümüzün artması nəticəsində ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, yeni raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təhciz olunub. Bütün bunlar Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub.

Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən, strateji obyektlər ən yüksək səviyyədə qorunur. Cəbhə bölgəsində yaranmış vəziyyət Azərbaycanın strateji üstünlüyə malik olmasını bir daha göstərir. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyi tərəfindən ölkəmizdə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.

Yazımı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aşağıdakı fikirləri ilə bitirmək istəyirəm: “Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür.”

Əminik ki, ordumuzun müasir-sursat, texnika ilə təhcizatı bundan sonra da davam etdiriləcəkdir.

Mia.az