Qəhrəman Mənsimzadənin atası və qardaşının “qəhrəmanlıqları” - 5 dəfə həbs, separatçılara dəstək

Qəhrəman Mənsimzadənin atası və qardaşının “qəhrəmanlıqları” - 5 dəfə həbs, separatçılara dəstək

Azərbaycanda, xüsusi ilə də ordu quruculuğu, Dağlıq Qarabağ münaqişəsi ətrafında ciddi hadisələr baş verən kimi bir qrup adam müxtəlif təxribatlara əl atırlar. Onlar müxtəlif dövlət qurumlarına, vəzifəli şəxslərə şər-böhtan atır, ölkədə gedən inkişafa, əldə olunan uğurlara qara yaxmağa cəhd edirlər. Bunu edənlər başqa ixtisas sahibləri - məsələn, siyasətçi, QHT təmsilçisi, jurnalist olanda dediklərinə dözmək, birtəhər yola vermək olar, amma keçmş hərbçilər, o şəxslər ki vəzifələri ömürlərinin sonuna qədər vətənə qorumaqdır, şər-böhtana əl atanda, ordu haqqında ağızlarına gələni danışanda bu, artıq vətənə xəyanət olur. Çünki o məlumatları düşmən oxuyur, həmin şəxslər düşmın mətbuatının “qəhrəmanına” çevrilirlər. 


Belələrindən bir də ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadədir. Bir neçə aydır gecə-gündüz susmayan, Azərbaycan Ordusu, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayan bu Qəhrəman elə həmin dövrdən Ermənistan mətbuatının “qəhrəman”ına dönüb.
Kimdir Qəhrəman Mənsimzadə? O, ixtisasça kimyaçıdır. Orduda heç vaxt ciddi fiqur olmayıb, tərcümeyi-halı isə qara ləkələrlə doludur. 
Belə ki, hərtərəfli döyüş tətbiqini, şəxsi heyətlə işləməyi və məsuliyyətli qərarlar qəbul etməyi nəzərdə tutmayan ixtisas seçən Q.Mənsimzadə xüsusi səy göstərmədən xidməti “yola vermək” üçün kimyaçı olub. Ancaq indi o, Vətənə xidmətlərindən, qatıldığı iddia edilən hərbi əməliyyatlardan, etdiyi şücaətlərdən danışır. Üstəlik, onu tanıyan zabitlərdən heç biri bu fikirləri təsdiqləmir. Əksinə, onu həmişə insanlara qaynayıb-qarışmaqdan qaçan, qapalı, daim narazı, həmkarları arasında nüfuza sahib olmayan, yalnız kollektivdə yoldaşlıq qurmağı bacarmayan yox, həm də ailə həyatını təşkil edə bilməyən insan kimi xarakterizə edirlər. Dəfələrlə boşanmalar, bir sıra qadınlarla vətəndaş nikahında olmalar, nikahdan kənar doğulmuş uşaqlar bunun əyani sübutudur.
Onunla eyni dövrdə orduda xidmət etmiş şəxslərin, başqa hərbçilərin Q. Mənsimzadənin döyüşlərdə iştirak etməməsi, o zaman Bakıda müxtəlif yerlərdə “başını girələməsi” ilə bağlı ortaya qoyduqları arqumentlərə, tutarlı faktlara baxmayaraq, ehtiyatda olan polkovnik özünü cəmiyyətə müharibə veteranı, az qala müharibə qəhrəmanı kimi sırımaqdan əl çəkmir. 
Ay, ermənilərin qəhrəmanına çevrilmiş insan, deyirsən ki, 1992-1994 illərdə döyüşmüsən. İndi zəhmət çəkib sualıma cavab ver: Ağdam, Tərtər istiqaməti deyib məsələnin üstündən tullanmaqla deyil, konkret harada döyüşmüsən? Yazırsan ki, sənin çoxlu döyüş yoldaşların, silahdaşların var. Kimlərdir onlar?
İxtisasın da kimyaçı, lakin ağız açanda hərbi sərkərdə kimi danışırsan. O dövrdə xidmət etmiş dostlarımız yaxşı bilir ki, ümumiyyətlə, o vaxtı sən heç vəzifəyə də belə təyin olunmamısan, sərəncamda olmusan, sonradan da Bakıya qaçmısan. Qarabağda ağır döyüşlər gedən dövrdə isə Hərbi Dəniz Qüvvələrində başını girələyib, gününü keçirmisən. 
Azərbaycan cəmiyyəti 1-ci Qarabağ müharibəsində döyüşmüş hərbçiləri yaxşı tanıyır. Onların içində həqiqi qəhrəmanlar var. Bir hissəsi şəhid olub, ruhları şad olsun. Xalqımız şəhidləri daim ehtiramla yad edir. Sağ qalanları da əksəriyyət yaxı tanıyır. Misal kimi ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, ehtiyatda olan polkovnik Şair Ramaldanov və başqalarının adını çəkmək olar. Bəs səni kim tanıyır ay Qəhrəman!
Hətta 1994-cü ildə ordu rəhbərliyi onu Beyləqanda yerləşən hərbi hissəyə göndərmək istəyib. Bu o zamana təsadüf edir ki, həmin istiqamətdə düşmənlə ağır döyüşlər gedirdi. Amma bu qəhrəman müxtəlif bəhanələr gətirərək cəbhə xəttində xidmətə getməkdən imtina edib. Bunu təsdiqləyən sənədlər indi də Müdafiə Nazirliyinin arxivində saxlanılır. Q.Məsimzadənin Beyləqandakı hərbi hissəyə göndərilməsi barədə əmr 1 ay sonra ləğv olunub.  
Təbii ki, belə bir adam uzun müddət orduda qala bilməzdi. Q.Mənsimzadə dövlət sirlərinin qorunması sahəsində məxfiliyi, Nizamnamənin tələblərini pozduğuna, zabit yoldşlarına şər atdığına görə ordudan qovulub. Sual oluna bilər ki, tərcümeyi-halı bu qədər qara ləkələrlə dolu olan şəxs barəsində niyə vaxtında tədbir görülməyib? Bəs ordu rəhbərliyinin səbr kasasını daşdıran nə olub? Əslində ona əvvəllər də dəfələrlə xəbərdarlıqlar olunub, bu və ya digər formada cəzalar verilib. Lakin Q.Mənsimzadə islah olunmayıb. Sonuncu hərəkəti isə vətənə xəyanətə bərabər olub. Belə ki, Müdafiə Nazirliyinin rəhbərliyi onu ordunu təmsil etmək üçün xaricə göndərib. Onun xisləti xaricdə də dinc oturmağına imkan verməyib. Qəhrəman orada zabitə yaraşmayan hərəkətlərə yol verib, demaqoqluqla məşğul olub. Əgər bunu etməyibsə, ordudn qovulması obyektiv qərar deyilsə, niyə məhkəməyə müraciət etmir?
Onun ailə üzvlərinin həyat tərzi, keçdikləri yol da Q.Mənsimzadənin necə bir insan olduğunun sübutu sayıla bilər.
Q.Mənsimzadənin atası 1999-cu ilin noyabrın 30-da o zamankı Cinayət Məcəlləsinin 153-cü maddəsi ilə ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. İndi özünü cəmiyyətə “qəhrəman” kimi sırıyan bu şəxsin atası doğrudan da “qəhrəman” olub, amma müharibə, döyüş, mübarizə yox, narkotik maddələrin qanunsuz satışı üzrə “qəhrəman”. Bunun nəticəsidir ki, dəfələrlə narkotik maddələrin qanunsuz satışına görə məhkum olunub, həbs cəzası alıb.
Onun 1971-ci il təvəllüdlü böyük qardaşı Namiq Mənsiyev 2003-cü ildə Azərbaycandan Rusiyaya gedib və bir daha geri qayıtmayıb. 
Q.Mənsimzadənin 1973-cü ildə anadan olmuş qardaşı Vüqar Mənsiyev 1994-cü ildə Hərbi Tribunalın hökmü ilə 6 il həbs cəzası alıb. Gecə-gündüz Qarabağ müharibəsində iştirakından danışan Qəhrəmanın qardaşı bilirsiniz niyə və nəyə görə məhkum ounub? Ordudan fərarilik etdiyinə və satış məqsədi olmadan qanunsuz narkotik maddələr əldə etdiyinə, saxladığına, daşıdığına və göndərdiyinə görə (o zamankı Cinayət Məcəlləsinin 242 və 226-1-ci maddələri). 
Lakin bu 6 illik həbs Q.Mənsimzadənin qardaşını islah etməyib. Cəzasının xeyli hissəsini cəkdikdən sonra azadlığa buraxılan V.Mənsiyev ikinci dəfə 1998-ci ildə hakim qarşısına çıxarılıb. O, yenə həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 207- ci (qərəzli xuliqanlıq) və yenə də 226-1-ci (satış məqsədi olmadan qanunsuz narkotik maddələr əldə etmə, saxlama, daşıma, göndərmə) maddələri ilə günahkar bilinərək 3 il 6 ay müddətinə həbsə göndərilib. 
Amma nə faydası?! Artıq qatı cinayətkar olan Vüqar Mənsiyev həbsdən çıxan kimi yeni cinayəti öz aktivinə yazıb. 2002-ci ildə artıq üçüncü dəfə hakim qarşısında dayanan Vüqar bu dəfə hazırki Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə mühakimə edilib. Aparılan obyektiv istintaq və məhkəmə araşdırlması ilə onun günahı tam sübuta yetirilib və 3 il həbs cəzası alıb. Q.Mənsimzadənin qardaşı üçüncü dəfə islah olunmağa göndərilir. 
İndi isə təəccübünüzü gizlədə bilməyəcəksiniz. 35 illik ömründə üst-üstə 12 il 6 ay həbs cəzası alan V.Mənsiyev türmədən çıxan kimi yenə cinayət törədib. Onun dördüncü cinayəti dələduzluqla bağlı olub. V.Mənsiyev 2008-ci ildə Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 8 il müddətinə azadlıqdan məhrum edilib. 
Amma bu da onun sonuncu qanunsuz hərəkəti olmayıb. Qəhrəman Mənsimzadənin qardaşı 2018-ci ildə beşinci dəfə cinayət törədib. Vüqar Mənsiyev Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və 128-ci (Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə mühakimə olunub. Onun cinayətlərini sübut edən kifayət qədər dəlillər olmasına baxmayaraq bu dəfə canını cəza almaqdan qurtara bilib. Cinayət işinə xitam verilib və o, azalığa buraxılıb. 
Qəhrəman Mənsimzadənin 1980-ci ildə anadan olmuş kiçik qardaşı Mais də müəmmalı həyat sürür. 
Q.Mənsimzadənin tərcümeyi-halında bir məqam da diqqəti cəlb edir. Onun atası və bütün qardaşlarının soyadı Mənsiyevdir. Amma öz soyadını Mənsimzadə kimi dəyişdirib. Görünür, bununla residivist qardaşından yaxa qurtarmaq, iz itirmək istəyib. 
Onun atasının bir əməli isə sözü həqiqi mənasında vətənə xəyanətdir. O, 1993-cü ildə Azərbaycanı bölüb “Talış-Muğan Respublikası” yaratmaq istəyən Ələkram Hümbətovun ən yaxın adamlarından biri olub. Lakin sonraadan qaçıb gizlənə bilib.