"Özümü assam məni, tutarlar?", yaxud "izlənmə maniyası" - Bir "qəhrəman"ın tarixçəsi

Sabiq nazir Səfər Əbiyevin "fanat"larından olan və son vaxtlar ordudan təmizlənən zabitlərdən biri də Qəhrəman Mənsimzadədir.

Ehtiyatda olan, amma ehtiyatsız bəyanatlarla diqqət çəkməyə çalışan bu "qəhrəman" polkovnik indi də qəribə bir fikir ortaya atıb. Yada düşmək üçün hər vasitəni məqbul hesab edən Mənsimzadə indi də "mütəmadi izləndiyi"ni bəyan edib.

Görünür yerli mətbuatdan daha çox, Ermənistan mətbuatının "ulduzu"na çevrilməsi bizim "qəhrəman"da əməlli-başlı "Diqqət əskikliyi" sindromu yaradıb. 

İlkin dövrlərdə bu xəstəlik xəstənin hədsiz hiperaktivliyi ilə yadda qalır. Diqqətləri üzərinə çəkməyə çalışan xəstə bir çox vasitəyə əl atır. Bizim "qəhrəman"da isə bu öncə meyxana aludəçiliyi ilə özünü biruzə verib. Hərbi xidmət zamanı, hələ baş leytenant olanda növbətçi olduğöu günlərdə meyxana deyir, mahnı oxuyurdu. Bütün matrosları özünə güldürürdü. Mikrafonu kalonkaya qoşub hərbi hissədə şəxsi heyətə konsert verirdi, meyxana deyirdi. Məqsədi "diqqət əskikliyi" sindromunu basdırmaq olsa da, alınmırdı, uzağı, "kloun" ləqəbi qazandı. ...

Uzman Psixiatr Dr. Fuad Bəşirov "Diqqət əskikliyi" sindromundan danışarkən deyir ki, bu xəstəlik əsasən, məktəb dövrünün ilk illərindən başlayır və bir çox hallarda ömür boyu davam edir.

Qərb mütxəssisləri isə, bu xəstəliyin həm də irsi xarakter daşıdığını bildirir. Mütəxəssislər yeniyetmə dövründə baş qaldıran bu sindromun müalicə olunmadığı təqdirdə sonrada ağır şizofreniyaya çevrilə biləcəyini də vurğulayırlar. Məsələn, adam xəyallar görə bilər, xəyali səslər eşidə bilər, təqib edildiyinə dair bir paranoyası ola bilər, digər tərəfdən isə zaman-zaman çöküklük, zövq ala bilməmə, yuxu pozuntuları ilə müşahidə olunan depressiya, ya da özgüvənin artması, ruhi və fiziki sürətlənmə, yuxusuz olmağa baxmayaraq yorğun hiss etməmə, yüksək sürətlə danışma kimi manik əlamətlər özünü biruzə verər.  

İzlənmə maniyasına mübtəla olanlara elə gəlir onu daima kimsə güdür. Küçədə arxasınca gələn adamlardan şübhələnirlər. Bir kənarda baş-başa verib danışan adam görəndə elə bilir ondan danışırlar. Gecə qapısı döyülərsə dərhal fantaziyası işə düşür: görəsən, məni aparmağa gəliblər?

Görəsən özünü apara bilməyən adamı kim aparmağa gələcək ki?