Öz adı Rövşən, salonun adı "Rövşanə" - polkovnikin biabırçı hərəkəti

Öz adı Rövşən, salonun adı

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmovun adının konkret haradan götürüldüyünü yəqin ki, valideynləri  və onun özü yaxşı bilir. Biz isə bu barədə dəqiq informasiyaya malik olmasaq da ehtimal edə bilərik ki, son zamanlar erməni mətbuatının “qəhrəmanına” çevrilmiş bu bədnam polkovnikin ismi Azərbaycan xalqının igidlik səlnaməsi olan “Koroğlu” dastanından götürülüb. Oxuyanlar bilir, Alı kişi oğluna Rövşən adını qoyur. Sonra cəllad Həsən xan Alı kişinin gözlərini çıxartdırır. Rövşən böyüyür, zalımlara qarşı amansız mübarizə apardığına görə ona Koroğlu deyirlər. Yəqin Rövşən Məhərərmovun valideynləri də oğlanlarının böyüyəndə qorxmaz, igid, ədalətli və haqlının yanında dayanan biri olmasını arzulayıblar, ona görə də ona Rövşən adı veriblər. 

Bəs bu Rövşən Məhərərmov dastandan götürülən adını doğruldubmu? Əsla. 

Əvvəla, R.Məhərrəmov “Koroğlu” dastanındakı adaşı kimi qəhrəmandırmı? Yox, o, qorxağın biridi. Bütün hərbçilər onu belə tanıyır. Hərbi Polisin keçmiş rəisi xidmətdə olduğu müddətdə heç vaxt hansısa haqsızlığa etiraz etməyə cəsarət göstərməyib. Hər zaman vəzifədə özündən yuxarıdakılara yaltaqlanıb. 

İkincisi, R.Məhərərmov ədalətlidirmi? Birmənalı şəkildə xeyir. O, vəzifədə işləyəndə tabeçiliyindəki şəxslərə qarşı amansız davranıb, işgəncə verib, onların hüquqlarını pozub. 

Üçüncüsü, R.Məhərrəmov sadə insandırmı? Xeyir, o lovğanın, özündən razının, formazonun, dikbaşın biridir. 

Dördüncüsü, R.Məhərrəmov dastandakı Rövşən kimi toxgöz, tamahına sahib çıxmağı bacaran,  səxavətlidirmi? Qətiyyən. O, acgözün, tamahkarın, hər şeydə gözü olanın, varlanmağa, maddiyyat yığmağa həddən artıq hərisin biridir. Bunun nəticəsidir ki, o, korrupsionerin, rüşvətxorun biri kimi tanınır.
Onun şəxsiyyətini xarakterizə edən mənfi xüsusiyyətlərin sayını kifayət qədər artırmaq olar. 

Hərbi Polisin rəisi işləyəndə dövlət əmlakını, hərbi mülkiyyəti acgözlüklə mənimsəyib, talan edib, yığdığı haram pullarla oliqarxa çevrilib. İndi R.Məhərrəmovun evlərinin, villalarının, obyektlərinin sayı-hesabı yoxdur.  

Bunların arasında, Bakı ərazisində yerləşənlərdən Bayılda beşmərtəbəli binada 5-ci mərtəbənin hamısı, Nəriman Nərimanov rayonu, Günəş sarayının yanında yeni tikilən binada mənzil, həmin binanın altında şəxsi avtomobil yuyulması mərkəzi, Nəriman Nərimanov rayonu "Rövşanə" gözəllik salonu, Bibiheybət qəsəbəsində villaları. Rayonlarda da mülklərə sahib olan Məhərrəmovun Xızı rayonu, Altıağacda 1 ha ərazi olan villası var. Xaricdəki aktivlərindən isə Türkiyənin İstanbul şəhərində dizayn sirkətini qeyd etmək olar.

Hə, onun mülkləri sırasında "Rövşanə" gözəllik salonu xüsusi diqqəti cəlb edir. Deməli, valideynləri övladlarına Rövşən adını veriblər ki, o, böyüyəndə qorxmaz, igid, sadə, gözütox qəhrəman olsun. O, isə nəyinki adını doğrultmayıb, hətta onun qarşısını bir “ə” hərfi də əlavə edərək gözəllik solunun üstünə yapışdırıb. Yəni bir növ “Koroğlu” olmaq əvəzinə “Rövşanə” olub. Sonra da bu məsələ ictimailəşəndən sonra solunun adını dəyişib. 

P.S. gərək bir dəfə R.Məhərərmovdan soruşaq ki, sənin adını niyə Rövşən qoyublar? Valideynlərin səni necə bir övlad kimi görmək istəyirdilər? Sən niyə Rövşən adını belə bədman etmisən? Görək, nə cavab verəcək. Onu da ictimaiyyətə çatdırarıq.