Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkdi: "Bu gecə sistem qoşulub" - Qızından yeni açıqlama

Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkdi:

Ombudsman Aparatının nümayəndələri hazırda “City Hospital”da müalicə edilən Müsavat partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüblər.

Mia.az-ın xəbərinə görə, bu barədə onun qızı Nigar Həzi məlumat verib.

O bildirib ki, T. Yaqublu reanimasiyadan palataya köçürülüb: “Gecə sistem qoşularaq yatızdırılıb. Həkimi Adil Qeybulla indi yenə sistem qoşulacağını bildirdi. Bu gün Ombudsman Aparatından iki nümayəndə gəlib Tofiq Yaqubluyla görüşüb”.

N. Həzi onu qeyd edib ki, vəkillər hələ T. Yaqubluyla görüşə bilməyib.