Mayadan pozuq, həyadan yoxsul adam - Qəhrəman Mənsimzadə 

Mayadan pozuq, həyadan yoxsul adam - Qəhrəman Mənsimzadə 

Azərbaycan Respublikası müstəqilliyi qazandığı vaxtdan bu günə böyük bir inkişaf yolu keçib.  Heç kəs üçün sirr deyil ki, Ermənistan tərəfindən açıq silahlı təcavüzlə qarşılaşan Azərbaycan xalqı, öz milli mənafelərini qorumalı  olduğunu və bunun uçun vətənini əldə silah qorumağa hazır olan güclü orduya ehtiyacı olduğunu  müstəqillik qazandığı ilk gündən  hiss etdi. Bu səbəbdən qarşısındakı ən vacib məsələlərdən birincisi, dünya ordularının arasında gücü ilə ilk sıralarda və regionda aparıcı mövqedə olan, döyüşə hazır müasir bir ordunun yaradılması idi və buna nail olundu.

Lakin, görünür ki, ölkəmizdə vətəndaşların arasında bəzi şəxslər bu vəziyyətlə razı deyil və təəssüf ki, belə daxili düşmənlər arasında keçmiş zabitlər də var. Həmin zabitlər ki, otuz ildən çoxdur öz mənfi niyyətlərini gizlədərək xərçəng şişi kimi dövlətin hesabına qidalanıblar. 

Həmin çaqqallardan biri Silahlı Qüvvələrin keçmiş polkovniki, hal-hazırda ehtiyyatda olan Qəhraman Mənsimzadədir. Artıq bir necə aydır ki, öz zəhərini axıdan, bununla da Ordumuzun Hərbi rəhbərliyinin şəxsi və işgüzar nüfuzuna xələl gətirməyə çalışır.

Bu tip haqda çox söz deyilib, təkrarlanmaq istəməzdim. Lakin, Ermənistanın milli qəhramanına dönən bu provokatorun və xainin, düşmən, haralara gətirib çıxardığını gördükdə, bu məsələ ilə bağlı bir daha ifadə etmək istənilir.

Qəhrəman Mənsimzadə kimdir? Əslinə baxsaq tamamiilə heç kəs. Keçmişsiz və aydın məsələdir ki, gələcəyi də olmayan bir insan. Çünki iplin ucunda oynadılan kuklaların taleyi həmin İpləri tutanlar tərəfindən yazılıb. Q.Mənsimzadənin xidməti yoldaşları dəfələrlə onun öz yaxın dostlarına, tabeliyində olan hərbçilərə, habelə rəislərinə xəyanət etmək, onları təhlükə altına salmaq, şantaj etmək və satmaq kimi “xüsusi bacarıqlarını” qeyd edirdilər. Çünki ayrı yolla xidməti karyerasında yuxarı qalxmağı bacarmırdı. Eyibli tərzdə öz yaxın dostlarını satmaq, xəyanət etmək və aldatmaqla bu pisniyyətli zabit bir dəfə də cəbhə bölgəsində xidmət etməmiş, şəhər şəraitində daim baş girələyərək xidmət illərinin sonuna yaxınlaşmış və SQ-nin Akademiyasında müəllimlik müddətində necə gəldi  “elmi işlərə” baş soxaraq, dosent vəzifəsinə çatmışdı.

Ordu tərəfindən verilən imtiyaz və imkanlara baxmayaraq, ölkə xaricində kurslarda iştirak edən zaman dövlətimizin hərbi-siyasi rəhbərliyinə qarşı çəkinmədən yersiz tənqidi fikirlər yağdırırdı. Yekəxanalığı o həddə çatmışdı ki, öz unikal mənasız ideyalarına söykənir və elə düşünürdü ki, Müdafiə Nazirliyinin bütün aparatı və digər dövlət qurumları ona qarşı gedirlər. Guya onlar Ali Baş Komandanın ətrafında “informasiya blokadası” yaradaraq  ordu daxilində mövcud vəziyyətin reallığını gizlətmək istəyirlər.

Oyan, sən hansı haqla danışırsan! Həqiqətən sən indiyənə kimi başa düşmədin ki, bütün xidmət müddəti boyu xəbərçilik, satqınlıq və ətrafda olan şəxslər barədə sonu bitməyən şikayətlər yazmaqla öz keçmiş xidmət yoldaşlarında, habelə yuxarı rəhbərlik üçün hansısa bir maraq yarada bilməzsən? Sən o adamsan ki, hərbi və dövlət sirlərini qoruyub saxlamağı öyrənə bilmədin və buna görə də axırda ədalətli bir yolla  cəzalandırıldın. Lakin rahat parketli kabinetdən qıraqda xidməti davam etdirməyə cəsarətin çatmadı, çünki təzə xidmət yerinə gəlib çatar-çatmaz bir halda tezcə öz istəyinlə təxris olundun. Bu həqiqət deyilsə - bəs nədir, bunun əksini sübut edə bilərsənmi? Axı, səndə olan yalançılıq və şikayətçilik bacarığının müsbət aqibəti yoxdur!

Rəhbərliyi rüşvətxorluqda günahlandırmağından bir sual yaranır: sən aldığın rütbə və vəzifələrinə görə kimə və nə gədər rüşvət vermisən? Yoxsa hamı səndən o qədər qorxurdu ki, rüşvət tələb etməyə cəsarət edə bilmirdilər? Ay bədəsil, yoxsa hamı oturub səni gözləyirdi ki, sən gedəndən sonra öz çirkin işlərini həyata keçirməyə başlasınlar.

Səbəb çox sadədir: bu, sənin kriminal tərbiyəndən irəli gəlir. Misal çəkmək üçün  uzağa getməyə ehtiyac yoxdur: sənin doğma atan və qardaşın dəfələrlə cinayət işlərinə görə həbs olunub. Narkotik tərkibli və radioaktiv maddələrin istifadəsinə və yayılmasına, həmçinin azyaşlılarla əlaqədə olmaqlarına görə vaxtilə cəzaya məhkum olmuşlar. Yoxsa xidməti evinin həyətində çətənə əkən sənin qayınatan deyildi? Sənin heç yadına düşürmü, dəfələrlə evlənib boşanmaqla nə qədər insanların həyatını korlamısan? Öz uşaqlarınla yanaşı neçə insanı bədbəxt etmisən? Uşaqlıqdan sənin canına çaqqal vərdişləri yeridilib: qarşında güclü biri olanda ona yaltaqlanırsan, qırağa çəkilənlərə isə hürüməyə başlayırsan. Bu sənin əsil üzündür!

Yadda saxla, sənin kimilərə ölkəmizin zabitləri, kişi və mərd vətəndaşları sırasında yer olmaz. Orduya qiyməti xalq və rəhbərlik verir, ordu fəaliyyətinə isə müəyyən dövlət strukturları və səlahiyyətli qurumlar nəzarət edir. Ordu – bizim cəmiyyətin bir hissəsidir. Ordu ölkəmizi xarici silahlı təcavüzə qarşı müdafiə edən əsas qurumdur. Ordumuz hər zaman xalqın tam dəstək və sevgisinə malik olub. Ona görə ki, o bizim qürur mənbəyimiz və ölkə bütövlüyünün etibarlı qarantıdır. Sənin kimi qorxaq və satqının bir taleyi var: müəyyən məqsədlər üçün səndən istifadə olunacaq, sonra isə lazımsız bir əşya kimi zibilliyə atılacaqsan.

Əhməd
Aktual.org