İsgəndər Xəlilovun şirkəti Gömrük Komitəsini məhkəməyə verdi - Qalmaqal

İsgəndər Xəlilovun şirkəti Gömrük Komitəsini məhkəməyə verdi - Qalmaqal

Dövlət Gömrük Komitəsi "İSR Kapital Investments" MMC barədə inzibati protokol tərtib edib.

Mia.az “Report”a istinadla xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsiunə göndərilib.

İşə hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "İSR Kapital Investments" MMC "İSR Holdinq" MMC-yə aid şirkətdir.

"İSR Holdinq" iş adamı İsgəndər Xəlilov tərəfindən yaradılıb.