İranda Ukrayna təyyarəsinin səhvən vurulması ilə bağlı həbslər başladı 

İranda Ukrayna təyyarəsinin səhvən vurulması ilə bağlı həbslər başladı 

İranda Ukraynanın Beynəlxalq Hava Yolları təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həbslər başlayıb.

Bu haqda ölkənin məhkəmə sisteminin nümayəndəsi Qulamhüseyn İsmayili məlumat verib. 

Bundan əlavə, mətbuat konfransı zamanı İsmayili Tehranın qəzaya uğramış təyyarənin qara qutusunu Fransaya deşifrə etmək üçün göndərdiyini bildirib.