Hərbi Polis İdarəsinin sabiq rəisinin şok mülk siyahısı üzə çıxdı (SİYAHI)

Hərbi Polis İdarəsinin sabiq rəisinin şok mülk siyahısı üzə çıxdı (SİYAHI)

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan verib.

Dövlət tərəfindən Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə daima xüsusi diqqət ayırıb. 

Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər.

Bu günlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq rəisi, ehtiyatda olan və özünü indiyədək polkovnik hesab edən Rövşən Məhərrəmovun sosial şəbəkələrdə çıxış edərək Müdafiə Nazirliyi rəhbərliyinin ev paylama qaydasından şikayət edir, dolayısı ilə ev istəyir.

Bu tələbin nə qədər adekvat olduğunu araşdırmaq üçün Rövşən Məhərrəmovun hərb yoluna və hazırki mülklərinə nəzər salmaq yerinə düşərdi.

Birincisi, dövlətdən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular ev ala bilər. Rövşən Məhərrəmov isə 2002-2010-cu illərdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi kimi hər kəsə məluma olan, əli rüşvət çirkabında bulaşmış bir fəaliyyət göstərib. Tabelikdə olan əsgərlərə yalnız gəlir mənbəyi kimi baxan Məhərrəmov hərbi and içdikdən sonra müəyyən məbləğdə pul qarşılığında əsgərləri birdəfəlik evlərinə göndərirdi. Bir də həmin əsgərlər hərbi bilet almaq üçün hərbi hissə görürdülər. Belə ki, onun tabeliyində olan hərbi hissədə 300 nəfərlik heyət xidmət etməli olduğu halda eyni zamanda yalnız 30 nəfər olurdu.

İndi isə, Rövşən Məhərrəmovun yırtıcı fəaliyyətindən əldə etdiyi qəniməti sizin diqqətinizə çatdıraq:

- Bayilda beşmərtəbəli binada bütün 5-ci mərtəbənin hamısı onundur

- Özü Bakının Nəriman Nərimanov rayonu, Günəş sarayının yanında yeni tikili binada yaşayır.

- Yaşadığı binanın altında şəxsi avtomobil yuyulması mərkəzi var

- Bakının Nəriman Nərimanov rayonu "Rövşanə" gözəllik salonu

- Bakının Bibiheybət qəsəbəsində villaları 

- Xızı rayonunda 1 hektar torpaq sahəsi və villası

Xidmət zamanı yırtıcı fəaliyyət göstərmiş Rövşən Məhərrəmovun indi də dövlətdən ev tələb etməsi onun əsl xislətinin nədən ibarət olduğunu bir daha əyani şəkildə göstərir.