Gürcüstanda daha bir deputat koronavirusa yoluxub

Gürcüstanda daha bir deputat koronavirusa yoluxub

Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu təsdiqlənib.

O, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edib.

Deputatın COVID-19-la bağlı testi pozitiv nəticələnib.

Qeyd edək ki, bundan öncə deputat Levan Qoqiçaişviliyə də koronavirus diaqnozu qoyulub. Hər iki deputat “Bizim Gürcüstan - Həmrəylik Alyansı” Partiyasında təmsil olunur. Siyasi təşkilatın digər liderləri özünütəcrid rejimindədirlər/Report.