Gömrükdə toplanan vəsaitlərin xərclənməsi... - Hökumət qərar verdi

Gömrükdə toplanan vəsaitlərin xərclənməsi... - Hökumət qərar verdi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərara edilən dəyişiklikyin izahını verib. 

Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, dəyişiklik Azərbaycan Prezidenti Administrasiyasının, Azərbaycan Prezidentinin İşlər İdarəsinin, Xüsusi Tibb Xidmətinin, Nazirlər Kabinetinin və Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsi ilə bağlı tətbiq edilən yeni mexanizm ilə əlaqədardır.

İndiyə qədər yuxarıda sadalanan qurumların əməkdaşlarının sosial müdafiəsi üçün gömrük işi sahəsində aşkar edilən cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilən malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və gömrük ödənişlərindən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin müəyyən faizi həmin qurumlara verilirdi.

Azərbaycan Prezidentinin müvafiq Fərmanından sonra artıq bu mexanizmin fəaliyyəti dayandırılıb. Nazirlər Kabinetinin bu Qərarı Prezidentin Fərmanından irəli gələn tapşırığa uyğun olaraq müvafiq “Qayda”ya dəyişikliyi təsdiq edir.