General Qabil Məmmədov - satqınlar komandasının rəhbəri

General Qabil Məmmədov - satqınlar komandasının rəhbəri

Elşən Məmmədov 
Ehtiyatda olan polkovnik-leytenant

Hazırda Azərbaycan cəmiyyətində diqqət mərkəzində olunan əsas məsələlərdən biri fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləridir. Milli Məclis üzvülüyünə iddiaçı olan müxtəlif peşə sahibləri deputatlığa namizədliklərini irəli sürürlər. Bu da təbiidir, çünki ölkəmizdə azad, demikratik seçki mühiti var. Bunun nəticəsidir ki, 2400-dən çox şəxs deputatlığa namizədliyini irəli sürüb.

Ehtiyatda olan hərbçilərin arasında əsas müzakirələr keçmiş korpus komandiri general-mayor Qabil Məmmədov haqqında aparılır. 

Qabil Məmmədov kimdir? 1995-ci ildə, atəşkəs elan olunduqdan sonra Azərbaycana qayıdan Q.Məmmədov Azərbaycan Ordusunda xidmətini davam etdirmək istəyini bildirmiş, lakin Müdafiə Nazirliyinin Hərbi Kollegiyasının qərarına əsasən onun istəyinə rədd cavabı verilmişdir. Bu da başa düşüləndir, çünki Qarabağda gedən qızğın döyüşlərdə Vətən oğulları öz həyatlarını qurban verəndə, orduda zabit kadrların qıtlığı yaşananda, Q.Məmmədov xidmət etdiyi Rusiya Ordusundan ayrılaraq Vətəni qorumağa gəlməyib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməyib, işğalçıların qarşısına çıxmağa, əlinə silah almağa cəsarət etməyib. Kollegiyanın rədd cavabına baxmayaraq, keçmiş Müdafiə nazirinin səyləri nəticəsində Q.Məmmədov vəzifəyə təyin olundu və tezliklə general rütbəsinə qədər yüksəldi. Amma bu “mehribançılıq” uzun çəkmədi, belə ki üsyan qaldırmağa səy göstərən Q.Məmmədov vəzifəsindən uzaqlaşdırdı. Yəqin ki, daha çox gücə malik olmaq istəyirdi. Bu da, “bir dəfə satan həmişə satacaq” prinsipini rəhbər tutan və Vətənini şəxsi mənafeyinə dəyişən Q.Məmmədovun ikinci xəyanəti idi: birinci – öz Vətəninə qarşı, ikincisi isə - ona çörək verən havadarına qarşı. İllər keçdi, amma Q.Məmmədovun vəzifə hərisliyi keçmədi. Özünü “Qarabağ müharibəsi iştirakçısı” kimi tanıdaraq öz seçicilərini aldadan, deputat olmaq istəyən Q.Məmmədov özü kimi “vətənpərvərlərdən” ibarət olan komanda quraraq, hərəkətə keçdi. 

Komanda üzvlərindən biri – xidmət müddətinin əksər vaxtını Bakıda keçirmiş, Dağlıq Qarabağ bölgəsində döyüşlərin getdiyi vaxtda bir gün olsa da döyüşlərdə iştirak etməmiş və Q.Məmmədov kimi özünü hamıya müharibə veteranı kimi tanıtmaq istəyən, onun yaxın dostu və həmfikiri, ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadədir.

Bu yalançı insanı yaxın keçmişdə çəkdiyi videolardan tanıyırsınız. Özü haqda çox böyük fikirdə olan bu şəxs ona dövlət tərəfindən təklif edilən mənzildən dəfələrlə imtina edib, çünki öz xidmət yoldaşları ilə qonşuluğu yəqin ki səviyyəsizlik kimi qəbul edir. Xaricdə keçdiyi kursda öz kurs yoldaşları arasında dövlətimizin rəhbərliyini və onun yürütdüyü siyasəti haqqında açıq-aşkar şəkildə, kəskin və əsassız ifadələrlə narazılığını bildirən Q.Mənsimzadə, xidmət etdiyi hərbi hissənin ərazisindən elektron məlumat daşıyıcısında yazılan məxfi məlumatlarını özü ilə aparan zaman tutularaq vəzifəsindən uzaqlaşdırılıb və aşağı vəzifəyə təyin edilib. Oradan da tərxis olunaraq, “narazı və inciklər” sırasına qoşulub. Böyük ehtimalla, Q.Mənsimzadənin videolardakı “cəsarətinin” qaynağı Hərbi Prokurorluqda hazırda müxtəlif vəzifələrdə işləyən “himayədarları”dır.  

Komandanın növbəti üzvü – dövləti və ordunu ləkələməyə çalışan hərbiçilərin çox gözəl tanıdığı keçmiş Hərbi Polisin rəisi Rövşən Məhərrəmovdur. Bu həmin R.Məhərrəmovdur ki xidmət etdiyi vaxtda ordudan mənimsədiyi pullarla özünə biznes qurub, onlarla ev, torpaq, obyekt alıb.

O, sahibi Səfər Əbiyevin əmri ilə öz yoldaşlarını izlətdirməklə, onların toylarda, əyləncə yerlərində şəkillərini çəkməklə, sonra da həmin şəkillərlə insanları şantaj eləməklə məşğul idi. R.Məhərrəmovun qurduğu sxemə əsasən, əsgər heyətinin 80%-i müəyyən məbləğ qarşılığında mülki həyatda gəzərkən yalnız 20%-i xidmət yerlərində olurdu. Bütün bu rüşvətxorluğu, açıq-aşkar bazarı yaradan və idarə edən R.Məhərrəmovun əli hər şeydən üzüldükdən sonra, özü kimi satqınlara qoşularaq orduya və dövlətə qarayaxma kampaniyalarına başladı.  

Komandanın digər üzvü də keçmiş kadr zabiti – polkovnik rütbəsində ehtiyata çıxmış Fikrət Muxtarovdur. Spirtli içkilərə sevgisi, xidməti vəzifələrin icrasına səhlənkarlığı, zəif xasiyyəti və öz ailəsinə sahib dura bilmədiyi ucbatından məşhur olan F.Muxtarov Q.Məmmədovun maraqları daxilində özlərinə bənzər icraçıların təşkili ilə məşğuldur. 

Telman Orucov, Azər Quliyev, Binnətovlar qardaşları kimi dəfələrlə şücaət və qəhrəmanlıq nümunələrini göstərən, lakin bu haqda heç bir yerdə danışmayan yüzlərlə digər əsl qəhrəmanlarımızdan fərqli olaraq, məqalədə adı çəkilən qondarma “qəhrəmanlardan” nə gözləmək olar? Öz yoldaşlarını, öz Vətənini, öz ordusunu satan belə yaramaz insanların xalqı təmsil etməyə haqqı varmı? Q.Məmmədovun deputat olmaq arzusu onsuz da qeyri-real idi, çünki hamıya aydındır ki, belə satqın, səviyyəsiz insanlar xalqın rifahı üçün yox, öz mənafeləri üçün çalışacaqlar. Bunu qəbul etmək istəməyən Q.Məmmədov isə ətrafına öz xislətində adamlar toplayaraq ordunun imicini ləkələməyə çalışır.