Erməni mətbuatının "ulduzu" - Azərbaycanlı polkovnik kimdir?

Erməni mətbuatının

Ermənistanın Azərbaycana qarşı çirkin informasiya müharibəsi aparması heç kimə sirr deyil. Biz demək olar ki, hər gün bu informasiya müharibəsi ilə müxtəlif səviyyələrdə üzləşməli olururq.

Təəssüf ki, ermənilərin apardığı bu qarayaxma kampaniyasında bəzən hansısa azərbaycanlılara da rast gəlmək olar. Belələrindən biri də ehtiyatda olan polkovnik, özünü Qarabağ veteranı kimi qələmə verən Qurban Mənsimzadədir.

Son vaxtlar Ermənistan mətbuatında onun açıqlama və müsahibələri intensiv şəkildə yayılmağa başlayıb.

Ermənistan mətbuatının "qəhrəman"ına çevrilən bu şəxsin bütün açıqlamaları Azərbaycan Ordusuna qarşı qarayaxma üzərində qurulub. 

ORDUYA QARŞI DÖYÜŞƏN QƏHRƏMAN

Kimdir bu Qəhrəman Mənsimzadə? Özünü Qarabağ müharibəsi veteranı kimi təqdim edən Qəhrəman Mənsimzadə 1992-ci ildə Tət-tər istiqamətində cəmi bir həftə döyüş zonasında olub, sonra bəzi bəhanələrlə Bakıda xidmət aparıb və hərbi əməliyyatların intensiv getdiyi bir dövrdə bir daha ön xəttə qayıtmayıb.

Növbəti dəfə ön xəttə yalnız 2010-cu ildə gedib və bu dəfə də öz istəyi ilə deyil, Hərbi Hava Qüvvələrində buraxdığı kobud nöqsanlara görə vəzifədə kəskin şəkildə vurularaq ön xəttə göndərilib.

Ümumiyyətlə, Qəhrəman Mənsimzadə hərbi xidmət zamanı məxfilik rejiminə əməl etmədiyinə və dolayı yollarla əlini rüşvətlə buladığına görə 3 dəfə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Ön cəbhədə düşmənə qarşı vuruşmaqdan boyun qaçıran bu "qəhrəman" bu gün Azərbaycan Ordusuna qarşı döyüşür! Həm də həyasızcasına və tam da erməni xüsusi xidmət orqanlarının dəst-xəttinə uyğun olaraq! Və təsadüfi deyil ki, bu gün onun açıqlamaları ilk öncə Azərbaycan mətbuatında deyil, Ermənistan mətbuatında üzə çıxır!

Əvəzində düşmən mətbuatının bu "ulduzu" Azərbaycanda əl-qolunu sallayaraq rahat gəzir, nəfəs alır, heç nədən çəkinmədən "diversant" fəaliyyətinə davam edir! 

Erməni mətbuatının

 

Erməni mətbuatının

 

Erməni mətbuatının

 

Erməni mətbuatının

 

Erməni mətbuatının