"Əli Əsədovdan xahiş edirəm ki, məsələyə dair tez qərar qəbul olunsun" - Deputat

“Təəssüflər olsun ki, bələdiyyələrə 2020-ci ilin büdcəsindən nəzərdə tutulan dotasiyalar hələ də ayrılmayıb”.

Bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanuna dəyişiklik layihəsini təqdim edərkən deyib.

O bildirib ki, Maliyyə Nazirliyi hazırda dotasiyaların ayrılması üzərində işləyir: “Bundan sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”.

Deputat Baş nazir Əli Əsədovdan xahiş edib ki, məsələyə dair tez qərar qəbul olunsun/Report.