Düşmənlə eyni sıraya keçən Rövşən Məhərrəmov (FOTOLAR)

Düşmənlə eyni sıraya keçən Rövşən Məhərrəmov (FOTOLAR)

Rövşən Məhərrəmovun danışmağa haqqı varmı? 

Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov. Bu ad son zamanlara qədər Azərbaycanda geniş ictimaiyyətə tanış deyildi, çox az insan onun kimliyindən məlumatlıydı. On ilə yaxın Hərbi Polisin rəisi işləmiş R.Məhərrəmovu əsasən hərbiçilər tanıyırdı. Onun necə tanınmasına bir qədər sonra qayıdacağıq və konkret faktlarla göstərəcəyik.

Bəs necə oldu ki, ehtiyatda olan bu polkovnik birdən-birə meydana çıxdı və bəzi saytların “qəhrəmanına” çevrildi? O saytların ki maliyyələşdikləri mənbələr kifayət qədər şübhəlidir, Azərbaycana qarşı düşmən mövqedən çıxış edirlər, görülən işlərə ləkə yaxmaqla məşğul olurlar. Hərbi Polisin sabiq rəisinin belə saytlarda boy göstərməsi təsadüfdür, yoxsa hansısa maraqlı qüvvələr R.Məhərrəmovu qəsdən dingildədir? 

Azərbaycan üçün 2019-cu il uğurlu keçib, siyasi, sosial, iqtisadi sahədə böyük uğurlar əldə olunub, geniş struktur və kadr islahatları aparılıb. Sözsüz ki, bu inkişaf Azərbaycan Ordusundan da yan keçməyib. Ordu quruculuğu sahəsində islahatlar aparılıb, ordunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki və tibb təminatı, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ciddi addımlar atılıb.

İl ərzində Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilib, yeni silah və texnika alınıb. Bundan başqa tikilən yeni mənzillər hərbçilərin istifadəsinə verilib.

Bütün bunların nəticəsidir ki Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır.  

Azərbaycan Ordusu düşmən Ermənistanın silahlı qüvvələrindən qat-qat güclüdür. Bunu Cənubi Qafqaza bələd olan bütün ekspertlər təsdiqləyirlər, hətta Ermənistanda da etiraf edirlər. Bütün bunlar Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günü hər ötən gün daha da yaxınlaşdırır.

Belə bir vəziyyətdə ehtiyatda olan R.Məhərrəmov birdən-birə Azərbaycan Ordusuna, Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı hücumlara keçib. Görünür ermənilər özləri Azərbaycan Ordusuna qarşı hücuma keçə bilmədiklərinə görə bunu öz əlaltıları vasitəsilə edirlər. Yoxsa on ilə yaxındı ehtiyatda olan polkovnik niyə indi danışmaq qərarına gəlib? 
R.Məhərrəmov hazırda Ermənistan mətbuatının “qəhrəmanına” çevrilib. Ondan yazırlar, fotolarını dərc edirlər. O, bir hərbçi kimi bundan utanmalıdır, xəcalət çəkməlidir. Azərbaycan Ordusunun formasını geymiş bu şəxs Azərbaycan torpaqlarının 20 faizini işğal edən, hərbi təcavüzünü davam etdirən düşmən ölkənin hərbçiləri ilə eyni sıraya keçib, onlar kimi danışır, özünü onlar kimi aparır. Nədi nə şəxsi zəmində bir balaca narazılığı var.

O ki qaldı R.Məhərrəmovun Hərbi Polisin rəisi kimi necə işləməsinə, bu bütün hərbçilərə məlumdur.

Onun lüks həyata, spirtli içkilərə və yüngül həyat tərzi keçirən qadınlara olan sevgisi, Hərbi Polisin rəisi olduğu vaxtlarda korrupsiya və rüşvətin çiçəkləndiyi, hər şeyin alınıb-satıla bildiyi, ona tabe olan hərbi hissələri açıq bazara çevirdiyi, yaxın ətrafında olan qadınlara qarşı əxlaqsız davranışları barədə hələ də əfsanələr gəzir. R.Məhərrəmov nəinki Bakıda, rayonlarda da evlər və torpaq sahələrini, şəxsi biznes və lüks həyat tərzini xidmət illərində Ordudan mənimsədiyi vəsait hesabına almış və qurmuşdu.

R.Məhərrəmov Səfər Əbiyevin əmri ilə onun xoşu gəlməyən insanları izləməklə, onları video görüntülərini əldə etməklə və pul qarşılığında onların səhvlərini “gizli saxlamaq” adı ilə şantaj etməklə məşğul olub. Heç kimə sirr deyil ki, R.Məhərrəmovun qurduğu sxemə əsasən, əsgər heyətinin 80%-i müəyyən məbləğ qarşılığında mülki həyatda gəzərkən yalnız 20%-i xidmət yerlərində olurdu. Bu həmin R.Məhərrəmovdur ki, öz cılız mənəvi keyfiyyətlərinə (oğru qanunlarına) əsasən öz sahiblərinə xidmət edib və hələ də onlara sadiq qalmaqda davam edir. Bu həmin R.Məhərrəmovdur ki, zabit formasının şərəf və ləyaqətini ləkələyərək, hərbi komandanlığı qanunu pozmaqda ittiham edəcək arsızlığını göstərir.

O, 2002-2010-cu illərdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi olub. Tabelikdə olan əsgərlərə yalnız gəlir mənbəyi kimi baxıb. Əsgərlər hərbi and içdikdən sonra birdəfəlik evlərinə gedirdilər. İndi guya mənzilsizdir. Mənzil problemi barədə əsassız danışır. Halbuki şəhərin müxtəlif yerlərində mənzilləri var. Həmin mənzillərin bəzilərinin ünvanını təqdim edirik: 

- Bayilda beşmərtəbəli binada bütün 5-ci mərtəbənin hamısı onundur

- Özü Bakının Nəriman Nərimanov rayonu, Günəş sarayının yanında yeni tikili binada yaşayır.

- Yaşadığı binanın altında şəxsi avtomobil yuyulması mərkəzi var

- Bakının Nəriman Nərimanov rayonu "Rövşanə" gözəllik salonu

- Bakının Bibiheybət qəsəbəsində villaları 

- Xızı rayonunda 1 hektar torpaq sahəsi və villası

R.Məhərrəmov sahibləndiyi evləri müxtəlif adamların adlarına sənədləşdirib. Görünür o, bu mənzilləri halal yolla qazanmadığına görə belə edib. Hətta adına mənzil sənədləşdirdiyi bəzi şəxslər sonradan R.Məhərrəmova “atıblar”. Buna nümunə kimi vaxtilə Rövşən Məhərrəmovla bir yerdə xidmət edən adaşı Rövşən Kazımovla olan məhkəmə çəkişməsini göstərmək olar. Belə ki, R.Məhərrəmov rüşvətlə yığdığı pullar hesabına aldığı evlərdən birini Rövşən Kazımovun adına sənədləşdirib. Hərbi Polisin sabiq rəisi günlərin bir günü həmin evi geri tələb edəndə Rövşən Kazımov mənzili verməkdən imtina edib. O deyib ki, əziyyət çəkmişəm, ona görə də evi R.Məhərrəmova verməyib. R.Məhərrəmov əvvəlcə ona hədə-qorxu gəlib, bu bir nəticə verməyəndə dilətutma variantına keçib. Bundan da bir nəticə əldə etməyəndə R.Kazımovun üztünə minnətçilər göndərib. Bundan da bir nəticə olmayıb. Onda da adaşını məhkəməyə verib.  
Hələ arsızlıq edərək əlavə mənzil da qoparmaq istəyir.