Bakıda məmur qızı 50 min manatlıq qızıl oğurladı - İŞ YASAMAL POLİSİNDƏ

Bakıda məmur qızı 50 min manatlıq qızıl oğurladı - İŞ YASAMAL POLİSİNDƏ

Xeberim.com-a daxil olan məlumata görə "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı Dünyamalıyev Əli Oktay oğlu, qızı Dünyamalıyeva Səidə Əli qızının vasitəsi ilə qudasının evindən, ümumi dəyəri 50 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlayıb. 

Məlumatda qeyd olunur ki, Əli Dünyamalıyevin qızı ötən ilin avqust ayında ailə həyatı qurub. 7 ay sonra isə təzə gəlin valideynlərinin təkidi, qardaşının iştirakı ilə qaynanasının evdə olmamasından istifadə edərək, ümumi dəyəri 50 min manatdan çox olan qızıl-zinət əşyalarını oğurlayıblar. 

Məsələ burasındadır ki, Səidə Dünyamalıyeva qaynatası və qaynanasının evində yaşamayıb. Ailə həyatı qurandan sonra ayrıca mənzilə köçərək, əri ilə orada yaşayıblar. May ayında ərinin nənəsi rəhmətə gedir, hər kəsin başı yasa qarışır. Belə bir əlverişli fürsəti əldən qaçırmayan gəlin, oğurladığı qızılları qardaşı Nihad Dünyamalıyevin vasitəsi ilə evdən çıxarır. 


Hadisə ilə bağlı zərərçəkmiş tərəf Yasamal Rayon Polis İdarəsinə rəsmi müraciət ediblər. Səsyazma, etiraf və digər tutarlı faktlar (red. növbəti yazımızda səsləri, mesajları təqdim edəcəyik) olsa da təhqiqat mərhələsində Səidə Dünyamalıyeva oğurluq etdiyini inkar edib. Hal-hazırda iş Yasamal Rayon Polis İdarəsinin istintaq idarəsindədir. 

Tutarlı faktlara baxmayaraq, mütəşəkkil cinayətkar dəstəyə qarşı heç bir ittiham irəli sürülməsə, zərərçəkmiş ailə ölkə başçısına və Daxili İşlər Nazirinə müraciət etməyi planlaşdırır. 
Digər maraqlı fakt ondan ibarətdir ki, gəlinin atası və anası Dünyamalıyeva Aytən Vidadi qızı bir neçə evi ola-ola Qaçqınkomdam 10 min manat rüşvət qarşılığında ev almaq niyyətindədirlər. Bu barədə sayt olaraq QAÇQINKOMA müraciət edəcək, növbəti yazımızda cavabla birlikdə dərc edəcəyik.