Bu, ABŞ və Çinin dünyanı yenidən bölüşmək üçün oyunudur..." - Lukaşenkodan koronavirusla bağlı şok  açıqlamalar

Bu, ABŞ və Çinin dünyanı yenidən bölüşmək üçün oyunudur...

Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir.

O, bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında bildirib.

“Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”, - Lukaşenko bildirib.

Belarus prezidenti dünya nəhəngləri – ABŞ və Çin arasındakı geosiuyasi və iqtisadi rəqabətə də diqqət çəkib: “Çin və Amerikanın dünyanı yenidən bölüşdürə bilməsi üçün xüsusi və peşəkarlıqla hazırlanmış oyun deyildimi? Ya da başqa ölkələri özünüzə tabe etmək üçün? Əsas iqtisadiyyatdır. Mövcud olanları bölməyə başladılar"./Teleqraf