ARALIQ DƏNİZİNDƏ BÖHRAN: "ƏRDOĞANLA GÖRÜŞƏ BİLƏRƏM" - Rəsmi Afina Ankaraya sanksiya tərəfdarı olmadığını da bəyan etdi

ARALIQ DƏNİZİNDƏ BÖHRAN:

Türkiyənin Şərqi Aralıq dənizində neft-qaz axtaran "Oruc rəis" gəmisinin fəaliyyətini dayandırmasından sonra Yunanıstan və rəsmi Ankaradan artan gərginlik fonunda rəsmi açıqlamalar gəlib.

Mia.az xəbər verir ki, bu gün brifinq keçirən Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis ölkəsinin Türkiyə ilə danıışıqlara başlamasında problem görmədiyini deyib: "Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətini dayandırması bunün üçün yeni şərait yaradıb. Danışıqlar, dialoq hər zaman ortamı yumşaltmaq üçün lazımdır".

Yunan Baş Nazir Türkiyə Prezidenti Ərdoğanla görüşü də mümkü sayıb: "Gərginliyi azaltmaq, yaxşı qonşuluq münasibətini davam etdirmək üçün ön şərt irəli sürmədən görüşə və müzakirələr apara bilərik".

Avropa Birliyinin Türkiyəni sanksiya ilə hədələməsi və sentyabrın 24-də keçiriləcək toplantıda sanksiya qərarının çıxıb-çıxmayacağına gəldikdə isə, Kiriakos Mitsotakis deyib ki, rəsmi Afina bunu nə arzulayır, nə də buna çalışır: "Zatən, sanksiyanın tətbiqi gərginliyi azaltmağa xidmət etməyəcək, əksinə, dırmandıracaq ki, bu da arzulanan nəticəni almaq demək deyil".

Maraqlı budur ki, bunun ardınca Ankaradan açıqlama verilib.

Yunanıstanla ən yaxın sərhədə - Meis adlarının qarşısına gələn Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar da dialoq mesajları verib: "Hər zaman dediyimiz kimi, biz ön şərtsiz dialoqa hazırıq".

Xatırladaq ki, Türkiyə dünən Oruc rəis" gəmisinin bölgədəki fəaliyyətini dayandırıb. Daha dəqiqi, neft-qaz axtarışı ilə bağlı yeni NAVTEX elan etməyib.

Mia.az